"Qarabağ" ilk oyunda "Linkoln"u məğlub etdi
İdman
23.07.2024 21:57
UEFA Çempionlar Liqasının II təsnifat
mərhələsində üz-üzə gələn "Linkoln" (Cəbəllütariq) və
"Qarabağ" komandaları arasında oyun başa çatıb.
TodayPress xəbər verir
ki, görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın
qollarını 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov
vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.
tag: Qarabağ, Linkoln, Olavio, Toral, todaypress.az,