“Qarabağ” iki seriyası ilə liderlər arasında

İdman

02.12.2024 15:27

Milli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.

TodayPress xəbər verir ki, siyahıda “Qarabağ” klubu iki, “Səbail” isə bir seriyası ilə ilk beşliyə düşüb. 

Ağdam klubu son 7 matçda qapısını toxunulmaz saxlayıb. Bu, hazırda dünya klubları arasında ən yaxşı nəticədir. Yalnız Braziliyanın aşağı liqa təmsilçisi “Qoyas” eyni seriya ilə “Qarabağ”a şərikdir.

Azərbaycan çempionu həm də son 5 səfər görüşündə qapısında qol görməyib. “Qarabağ” bu göstəricidə də ilk beşliyə adını yazdırıb. 

Premyer Liqanın autsayderi olan “Səbail” isə ən uğursuz qonaqlar arasındadır. Bakı klubu ardıcıl 11 səfər oyununda uduzub. “Dənizçilər” bu uğursuzluğu ilə dünyada 4-5-ci yerləri bölüşür.

Namiq HUN

tag: Premyer, Liqa, Səbail,Azərbaycan, Çempion, todaypress.az,