“Qarabağ” iki futbolçusunu itirdi
"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Zaqreb “Dinamo”suna qarşı oynamayacaqlar.
TodayPress xəbər verir ki, hər iki futbolçu Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanda “Lüdoqorets”lə qarşılaşmada zədələnib.
Həkim müayinəsindən sonra məlum olub ki, Marko Veşoviç 2-3, Marko Yankoviç isə 4-6 həftədən sonra meydana geri dönəcək.
Qeyd edək ki, “Qarabağ” Zaqreb "Dinamo"su ilə ilk matçını avqustun 20-də səfərdə keçirəcək.
Namiq HUN
tag: Marko Veşoviç, Qarabağ, Dinamo,Zaqreb, Marko Veşoviç , todaypress.az,