"Qarabağ" hücumçusu ilə bağlı yekun qərarını verdi
"Qarabağ"ın
hücumçusu Redon Cicanın gələcək taleyinə aydınlıq gəlib.
TodayPress “fanat”a istinadən xəbər verir ki,"köhlən atlar" cari
mövsümün sonunda 26 yaşlı forvardla yolları ayıracaqlar.
Əsas heyətdə
möhkəmlənə bilməyən albaniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq
əsasında xitam veriləcək. Artıq onun özü də bu barədə məlumatlandırılıb. Üç
real təklifi olan Redon daha çox oynaya biləcəyi komandaya qoşulmaq və 2 dəfə
formasını geyindiyi Albaniya millisinə yenidən dəvət almaq istəyir
Qeyd edək ki,
Cicanın Ağdam təmsilçisi ilə anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə
tutulub. Cari mövsüm bütün turnirlərdə 17 matça çıxan ön xətt oyunçusu 4 qolla
yadda qalıb.
tag: Qarabağ, Futbol, Oyun, Redon, Komando, todaypress.az,