“Qarabağ” hücum xəttini gücləndirir
"Qarabağ" "Beşiktaş"ın sabiq hücumçusu ilə danışıqlara başlayıb.
TodayPress Futbolinfo.az-a istinadən xəbər verir ki, Kamerun millisinin hücumçusu Vensan Abubakarın adının “Qarabağ”la hallanması ölkəsində geniş müzakirə mövzusuna çevrilib.
33 yaşlı forvardın nümayəndələrinin “Qarabağ”la danışıqları davam etdirdiyi bildirilib.
Hazırda azad agent statusu daşıyan Abubakarın Azərbaycanda çıxış etməyin əleyhinə olmadığı vurğulanıb.
O, UEFA Çempionlar Liqasında çıxış etmək istəyir.
Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Əl-Nəsr”, “Hatayspor” kimi klubların formasını geyinib.
Namiq HUN
tag: Qarabağ,Vensan Abubakar,Transfer,Klub,Todaypress.az,