"Qarabağ" hücum xəttini gücləndirir

İdman

13.01.2025 13:11

“Qarabağ” klubu heyətini rumıniyalı futbolçu Yanis Stoyka ilə gücləndirməyi planlaşdırır.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu Juninyonun gedişindən sonra boş qalan hücumçu mövqeyini “Hermanştadt”ın vingeri ilə doldurmaq niyyətindədir.

Sibiu təmsilçisi oyunçusu üçün 1,5 milyon avro istəyir.

Qeyd edək ki, Yanis Stoyko Rumıniya U-21 millisinin də üzvüdür.

Namiq HUN

tag: Azərbaycan, Qarabağ ,Oyunçu ,Çempion, todaypress.az,