“Qarabağ” Fransa klubu ilə qarşılaşacaq
“Qarabağ” klubu bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin V turunda Fransanın “Olimpik Lion” klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçı Matçı serbiyalı FIFA referisi Nenad Minakoviç idarə edəcək.
Qarşılaşmanın hakim-inspektoru isə türkiyəli Cüneyt Çakır olacaq.
“Qarabağ” – “Olimpik Lion” matçı saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Qarabağ, Liqa, Azərbaycan, UEFA, todaypress.az,