"Qarabağ" forvardını itirdi
İdman
24.07.2024 17:10
“Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.
TodayPress xəbər verir ki, Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnən hücumçu 4-6 həftədən sonra heyətə dönəcək.
Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"a bu yay İsveçin "Yurqorden" klubundan transfer olunub. Ağdam təmsilçisi hücumçu ilə 3 illik müqavilə bağlayıb.
Namiq HUN
tag: Qarabağ, Musa Qurbanlı, Avstriya, İsveç, todaypress.az,