“Qarabağ” “Flamenqo”ya “yox” cavabı verdi

İdman

10.01.2025 12:00

“Qarabağ” klubu futbolçusu Olavio Juninyo ilə bağlı “Flamenqo”dan aldığı ilk təklifi qəbul etməyib.

TodayPress Braziliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo”nun şərtləri Azərbaycan çempionunu razı salmayıb. 

“Qarabağ” hücumçusu üçün 6 milyon avro istəyir. Rio de Janeyro təmsilçisinin ilk təklifi bu tələbə uyğun gəlmədiyi üçün keçid hələlik baş tutmayıb.

Lakin “Flamenqo” ikinci təklif hazırlayır. Cənubi amerikalılar “Qarabağ”ın güzəştə gedəcəyi qənaətindədir. Buna futbolçunun istəyi səbəb ola bilər. Juninyo klubla ilkin razılıq əldə edib.

Qeyd edək ki, “Flamenqo”dan əvvəl “Sevilya” ilə razılığa gələn Juninyo sonradan fikrindən dönərək Braziliyaya qayıtmağa qərar verib.

Namiq HUN

tag: Qarabağ ,sevilya, Juninyo ,Futbol, todaypress.az,