“Qarabağ” FCSB-yə qarşı

İdman

23.01.2025 11:28

“Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində Rumıniyanın FCSB komandasını qəbul edəcək.   

TodayPress xəbər verir ki, Azərbaycan çempionu pley-off şanslarını qorumaq üçün Buxarest təmsilçisinə qalib gəlməlidir. 

Görüşün baş hakimi slovakiyalı Filip Qlova olacaq. 

Liqa mərhələsinin VII turuna təsadüf edəcək matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.   

Qarşılaşma saat 21:45-də start götürəcək. 

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin VIII turunda Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.   

Namiq HUN

tag: Qarabağ,Futbol,Klub,Görüş,FCSB,Todaypress.az,