“Qarabağ” – FCSB oyununun hakimləri açıqlandı
İdman
21.01.2025 16:25
UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda keçiriləcək “Qarabağ” – FCSB oyununun hakimləri məlum olub.
TodayPress xəbər verir ki, matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Filip Qlova olacaq.
Ona Daniel Polaçek və Peter Bednar kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Lukaş Dzivyak yerinə yetirəcək.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB oyunu saat 21:45-də başlayacaq.
Namiq HUN
tag: Qarabağ,Görüş,Baş məşqçi,UEFA ,Filip Qlova,Todaypress.az,