“Qarabağ” dünyanın “Top-5”liyində yer aldı

İdman

13.08.2024 14:30

“Qarabağ” milli çempionatlarda qeydə alınan seriyalar baxımından dünyanın ən yaxşıları arasında yer alıb.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu üç siyahıda “Top-5”də yer alıb.

“Qarabağ” son 15 ev oyununda ən azı 2 qol vurub. Bu, dünyada üçüncü nəticəyə şərikdir. Ağdam klubu Serbiya “Srvena Zvezda”sı ilə eyni göstəriciyə malikdir.

“Köhlən atlılar”ın ev oyunlarındakı məhsuldarlıq seriyasının özəlliyi isə 2-ci hissə ilə bağlıdır. “Qarabağ” son 13 matçın ikinci hissəsində ən azı 2 qol vurub. Bu, dünyada ikinci, Avropada isə birinci nəticədir. Çempionumuz yalnız bu göstəricidə 23 oyunluq seriyaya malik olan Sinqapur “Belestyer Halsa”sından geri qalır. 

“Qarabağ”ın ev oyunlarının ikinci hissəsində heç olmasa bir qol vurması isə çoxdan adiləşib. Bu seriyanı 29 oyuna çatdıran Azərbaycan çempionu 3-cüdür. “Belestyer Halsa” Sinqapurda 34, “Haken” isə İsveçdə 33 matçlıq seriyanı davam etdirir.

Namiq HUN

tag: Qarabağ, Avropa, Azərbaycan, Çempion, Sinqapur, todaypress.az,