“Qarabağ” dünyanın 20 güclü komandası arasında

İdman

17.12.2024 14:29

Milli çempionatlarda son 10 oyunda ən yaxşı nəticə göstərən klubların siyahısı açıqlanıb.

TodayPress xəbər verir ki, 30 mümkün xaldan 26-nı qazanan “Qarabağ” bu göstəriciyə görə 17-20-ci yerləri bölüşür.

İki klub son 10 oyunda 100 faizli nəticə göstərib. Bunlar Serbiyada “Srvena Zvezda” və İtaliyada “Atalanta”dır. 

“Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan) və “Kolo-Kolo” (Çili) kimi komandalar isə milli çempionatlarında hərəyə 28 xal toplayıblar.

Namiq HUN

tag: Milli çempionat,Qarabağ,Klub,Ən yaxşı,Dünya,Reytinq,todaypress.az,