"Qarabağ" dünya reytinqində irəlilədi

İdman

07.07.2024 11:18

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

TodayPress xəbər verir ki, 14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

Premyer Liqanın digər klublarından, "Zirə" (62,25 xal) 8  pillə irəliləyərək 361-ci, "Sabah" (60,75 xal) 9 mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) isə 6 pillə  irəliləyərək 397-ci olub.

Qeyd edək ki, klubların dünya reytinqinə "Real Madrid" klubu (371 xal) başçılıq edir.

 

Namiq HUN

tag: Qarabağ,Premyer Liqa,Zirə,Sabah,Neftçi,kubok,Futbol,todaypress.az,