“Qarabağ” dünya reytinqində gerilədi

İdman

10.02.2025 12:14

919

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların fevral ayına olan dünya reytinqini açıqlayıb. 

TodayPress xəbər ver ir ki, 504 komandanın yer aldığı siyahıda Azərbaycanı 4 klub təmsil edib. 

Onlardan ən yüksək göstəriciyə malik klub “Qarabağ”dır. Ağdam təmsilçisi 166,25 xalla 87-cidir. “Köhlən atlar” son reytinqlə müqayisədə 6 pillə geriləyib. 103,25 xalla 208-ci olan “Zirə” mövqeyini qoruyub.   14 pillə geriləyən “Sabah” 61 xalla 414-cüdür. “Turan Tovuz” 53,75 xalla 5 pillə geriləyərək 499-cu yerdə qərar tutub.   

Qeyd edək ki, dünya reytinqinə 481 xalla “Real Madrid” klubu başçılıq edir.   

Namiq HUN

tag: Qarabağ,Reytinq,Klub,Ağdam təmsilçisi,Todaypress.az,