“Qarabağ” dünya reytinqində gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqi açıqlayıb.
TodayPress xəbər verir ki, 510 komandanın yer aldığı siyahıda Azərbaycanı 4 klub təmsil edib.
“Qarabağ” 138,50 xalla dünyada 124-cüdür. Ağdam təmsilçisi ötən ayla müqayisədə 21 pillə geriləyib.
100,75 xalla 220-ci olan “Zirə” 1 pillə geriləyib.
“Sabah” 64,75 xalla 393-cüdür.
Paytaxt təmsilçisi 40 pillə geriləyib.
55 xalla 492-ci olan “Araz-Naxçıvan” isə 37 pillə irəliləyib.
Qeyd edək ki, dünya reytinqinə 508 xalla “Real Madrid” başçılıq edir.
Namiq HUN
tag: Qarabağ,Dünya,Reytinq,Sıralama,Todaypress.az,