“Qarabağ” dünya reytinqində 8 pillə gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni retinqini açıqlayıb.
TodayPress xəbər verir ki, 174,75 xalla dünyada 60-cı olan “Qarabağ” klubu 8 pillə geriləyib.
Azərbaycan çempionu “Kruzeyro”, “Korintians”, “İnternasional” (hamısı Braziliya), “Panyarol” (Uruqvay), “Braqa” (Portuqaliya), “Atletik” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Mançester Yunayted” (İngiltərə), “Rasinq” (Argentina) və “Slaviya” (Çexiya) klublarını özündən irəli buraxıb. Ağdam təmsilçisi sıralamada iki klubu keçib. “Leypsiq” (Almaniya) və “Feyenoord” (Niderland) klubları “köhlən atlar”a aşağıdan yuxarı baxırlar.
Xatırladaq ki, Azərbaycanın ən yaxşı klubu ötən ay 52-ci pillədə qərarlaşmışdı.
Namiq HUN
tag: Qarabağ,Oyun,Reytinq,Çempion,Todaypress.az,