Qarabağ” “Dinamo”ya məğlub oldu
İdman
29.08.2024 00:44
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off
mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi
ilə qarşılaşıb.
TodayPress xəbər verir ki, Tofiq Bəhramov adına
Respublika stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
Qarşılaşmada hesabı 32-ci dəqiqədə Marko Pyasta açıb.
55-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi
olub.
Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu
klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa
Liqasında davam edəcək.
tag: Futbol, İdman, Qarabağ, Avropa Liqası,todaypress.az,