"Qarabağ" "Dinamo"ya məğlub oldu
İdman
21.08.2024 01:13
UEFA Çempionlar
Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə
"Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.
TodayPress xəbər verir ki, "Maksimir"
stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci
dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol
vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun
28-də Bakıda baş tutacaq.
tag: Futbol,Qarabağ,UEFA,Dinamo,Marko Pyaça,todaypress.az,