"Qarabağ" - "Dinamo" oyununa 28 000 bilet satıldı
İdman
28.08.2024 05:56
"Qarabağ"ın Bakıda Xorvatiya
təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəyi UEFA Çempionlar
Liqasının pley-off mərhələsinin cavab oyununa indiyədək 28 000 bilet satılıb.
TodayPress xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin
mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq
matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.
Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat
əvvəl açılacaq.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki
"Maksimir" stadionunda baş tutan "Dinamo" -
"Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə
yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş
tutacaq.
tag: Maksimir, Qarabağ, Dinamo,Ağdam,todaypress.az,