“Qarabağ” “cırtdan ölkə” klubları ilə qarşılaşacaq

İdman

19.06.2024 14:30

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

TodayPress xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında baş tutan tədbirdə “Qarabağ” klubunun da rəqibi məlum olub.

Azərbaycan çempionu II təsnifat mərhələsində “Hamrun” (Malta) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk görüşləri iyulun 23-24-də, cavab matçları isə 30-31-də keçiriləcək. Qarabağ avrokuboklar mövsümünə səfər oyunu ilə başlayacaq.

Namiq HUN

tag: Qarabağ,Cırtdan Ölkə, Klub, UEFA, Liqa, todaypress.az,