“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları start götürəcək.
TodayPress xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” yeni mövsümdə ilk rəsmi matçına çıxacaq.
Azərbaycan çempionu Cəbəllütariqdə “Linkoln” klubunun qonağı olacaq. Matçı macarıstanlı referi İştvan Vad idarə edəcək. “Linkoln” və “Qarabağ” klubularının “Europa point stadium” qarşılaşması Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, "Linkoln" "Qarabağ"a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşıb. Ötən mövsüm “Qarabağ” səfərdə rəqibinə 2:1, doğma meydanda isə 4:0 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Qarabağ, UEFA, Çempionlar, Linkoln, Azərbaycan, todaypress.az,