"Qarabağ" Azərbaycanın ən dəyərli komandasıdır
İdman
08.10.2024 19:10
Azərbaycan Premyer Liqasının dəyəri artıb.
TodayPress “transfermarkt” portalına əsasən xəbər verir ki, Azərbaycan çempionatın ümumi dəyəri 89,65 milyon avro təşkil edib.
Premyer Liqanın ən dəyərli komandası 20,23 milyon avro ilə “Qarabağ” klubudur.
“Neftçi” 12,88 milyon avro ilə ikinci yerdədir. İlk üçlüyü 11,77 milyon avro ilə “Sabah” klubu təşkil edir.
Çempionatın ən aşağı qiymətləndirilən komandası "Şamaxı"dır (3,03 milyon avro).
Azərbaycan çempionatının ən bahalı futbolçusu "Qarabağ"ın dəyəri 2 milyon avro olan braziliyalı hücumçusu Olavio Juninyodur.
Namiq HUN
tag: Azərbaycan Premyer Liqası,Qarabağ,Neftçi,Sabah,Şamaxı,Olavio Juninyo,todaypress.az,