“Qarabağ” Azərbaycana qazanc gətirdi

İdman

31.07.2024 09:53

UEFA reytinqində dəyişikliklər olub.

TodayPress xəbər verir ki, buna avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ilk gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. 

“Qarabağ” “Linkoln” üzərində 5:0 hesablı qələbə ilə ölkəmizə 0,250 xal qazanc gətirib.

Xal hesabı 18,000-a yüksələn Azərbaycan 24-cü sırada qərarlaşıb. Mövsümün qazancı 1,250-yə bərabərdir. Ölkə reytinqi üçün indiyə qədər “Zirə” və “Qarabağ” 0,500, “Sabah” isə 0,250 xal əldə edib.

Namiq HUN

tag: Qarabağ, Linkoln, Qələbə, Azərbaycan, Zirə, Çempionlar, todaypress.az,