"Qarabağ" "Ayaks"la oyuna itkilərlə çıxacaq
İdman
17.10.2024 13:00
“Qarabağ”ın futbolçusu Mateus Silva UEFA Avropa Liqasının Liqa mərhələsində “Ayaks”la keçiriləcək oyunu buraxacaq.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın VIII turunda “Sabah”la oyunda zədələnən braziliyalı müdafiəçi Niderland klubu ilə görüşə qədər meydana çıxmağa hazır olmayacaq.
“Qarabağ” klubunun digər zədəliləri isə qapıçılar Şahruddin Məhəmmədəliyevlə Amin Ramazanovdur.
Bir müddətdir zədədən əziyyət çəkən Marko Veşoviç isə “Ayaks”la oyuna qədər sıraya dönəcək.
Milli komandanın düşərgəsində zədələnən və heyətdən çıxarılan müdafiəçi Bəhlul Mustafazadə isə artıq "Qarabağ"ın ümumi məşqlərində iştirak edir.
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də başlayacaq.
Namiq HUN
tag: Qarabağ ,Şahruddin Məhəmmədəliyev , Amin Ramazanov ,Bəhlul Mustafazadə ,Ayaks ,todaypress.az,