“Qarabağ” - “Ayaks” oyununu Nikolas Uolş idarə edəcək

İdman

22.10.2024 12:40

“Qarabağ” klubunun UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Niderlandın “Ayaks” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

TodayPress xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi Nikolas Uolş olacaq. Ona Qrem Stüart və Kalum Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:45-də başlayacaq.

Namiq HUN

tag: Qarabağ, UEFA, Liqa, Avropa, Ayaks, Niderland, todaypress.az,