“Qarabağ” Avropa nəhənglərini geridə qoydu
İdman
11.09.2024 12:08
Sentyabr ayı üçün futbol klublarının reytinq siyahısı açıqlanıb.
TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən hazırlanan cədvəldə “Qarabağ” klubu 182,75 xalla 52-ci sırada yer alıb.
Azərbaycan çempionu bu göstərici ilə “Qalatasaray”, “Mançester Yunayted” və “Napoli” kimi klubları geridə qoyub.
Ölkəmizin digər klubu “Zirə” 91,25 xalla 211-cidir. “Sabah” 59 xalla 428-ci, “Neftçi” isə 53,5 xalla 482-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 403 xalla “Real Madrid” klubu başçılıq edir. Sıralamanın ikincisi olan “Mançester Siti” liderdən 35 xal geri qalır. İlk üçlüyü 353 xalla “Bayer”tamamlayır.
Namiq HUN
tag: Azərbaycan, Çempion ,Qalatasaray ,Sabah, Mançester Yunayted, todaypress.az,