“Qarabağ” Avropa nəhənglərinə şərik çıxdı

İdman

12.11.2024 15:10

Milli çempionatlarda ən çox böyükhesablı qələbə qazanan komandaların siyahısı açıqlanıb. 

TodayPress xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da Avropa məkanında seçilən komandaların cədvəlində ön sıralardadır.

Ağdam təmsilçisi cari mövsüm keçirdiyi 12 matçın 6-da üç və ya daha böyük hesabla qələbə qazanıb. 

“Qarabağ” bu göstəricidə Portuqaliyanın “Benfika”, İspaniyanın “Barselona” və Uelsin TNS klubları ilə üçüncü sıranı bölüşür.

Sıralamada ilk pilləni “Srvena Zvezda” tutur. Serbiya təmsilçisi ölkə çempionatında keçirdiyi 14 matçdan 8-də rəqiblərini üç və ya daha çox top fərqi ilə məğlub edib. 

“Sportinq” isə 11 oyunun 7-də məhsuldarlığı ilə seçilib. 

Namiq HUN

tag: Azərbaycan, Çempion, Qarabağ, Portuqaliya, TNS, todaypress.az,