“Qarabağ” Avropa nəhəngləri ilə bir arada
Avropanın milli çempionatlarında ən çox qol vuran komandaların siyası açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ilk 10-luqda yer alıb.
Ağdam təmsilçisi Premyer Liqanın geridə qalan 24 turunda rəqib qapılarına 60 qol vurub.
“Qarabağ” bu göstəricidə “Fənərbağça” klubu ilə 10-cu pilləni bölüşdürür.
Göstərici üzrə ilk onluq belədir:
1. “Srvena Zvezda” (Serbiya) - 24 oyun / 86 qol
2. “Seltik” (Şotlandiya) - 27 / 77
3-4. PSV (Niderland) - 23 / 71
3-4. TNS (Uels) - 26 / 71
5. “Bavariya” (Almaniya) - 23 / 69
6. “Barselona” (İspaniya) - 25 / 67
7. “Liverpul” (İngiltərə) - 27 / 64
8. PSJ (Fransa) - 23 / 62
9. “Sportinq” (Portuqaliya) - 23 / 61
10-11. “Qarabağ” (Azərbaycan) - 24 / 60
10-11. “Fənərbağça” (Türkiyə) - 24 / 60
Namiq HUN
tag: “Qarabağ”,İdman,Futbol,Çempion,todaypress.az,