“Qarabağ” Avropa nəhəngləri arasında
Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.
TodayPress xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.
Azərbaycan komandalarından ən yaxşı göstərici “Qarabağ” klubuna məxsusdur. Son çempion 279 xalla 59-cu pillədə qərarlaşıb.
“Neftçi” 19 xalla reytinq cədvəlinin 250-ci, “Sabah” 15 xalla 275-ci, “Zirə” isə 11 xalla 299-cu komandasıdır.
Qeyd edək ki, cədvələ 2362 xalla “Real Madrid” klubu başçılıq edir.
Namiq HUN
tag: Avropa,Reytinq ,Cədvəl,Qarabağ,Futbol,Neftçi,Sabah,Zirə,