“Qarabağ” Almeyda ilə vidalaşdı
“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2012-18, 2019 və 2021-25-ci illərdə Ağdam təmsilçisində çıxış edən Riçard 376 oyunda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “köhlən atlar”ın formasını geyinib.
O, 9 dəfə Azərbaycan çempionu adını qazanıb, 5 dəfə isə ölkə kubokuna sahib çıxıb. 35 yaşlı futbolçu bu qış “Qarabağ”dan ayrılan üçüncü braziliyalı olub.
Ona qədər Olavio Juninyo və Julio Romaoda klubla vidalaşıb.
Qeyd edək ki, Azərbaycanda “Zirə” klubunun da formasını geyinən yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Namiq HUN
tag: Riçard Almeyda,Qarabağ,Müqavilə,Xitam,Todaypress.az,