“Qarabağ” AL-də balansı dəyişə bilər
İdman
28.11.2024 14:22
UEFA Avropa Liqasının Liqa mərhələsində “Olimpik Lion”a qarşı matç “Qarabağ”ın ümumilikdə avrokuboklarda 187-ci qarşılaşması olacaq.
TodayPress xəbər verir ki, Azərbaycan çempionunun qitə arenasında keçirdiyi 186 rəsmi oyunda qələbə və məğlubiyyətlərin sayı 70-dir. Ağdam təmsilçisi Avropa Liqasında daha iddialı davam üçün güclü rəqibə qarşı matçda bu balansı öz xeyrinə dəyişməyə çalışacaq.
Bu isə “Qarabağ”ın avroliqada keçirəcəyi 100-cü matça təsadüf edəcək.
“Köhlən atlar” 99 oyunda 37 qələbə qazanıb, 22 heç-heçə edib və 40 dəfə uduzub.
Namiq HUN
tag: Qarabağ,UEFA,Liqa, Lion, Azərbaycan, todaypress.az,