“Qara qitə”də ilin ən yaxşı futbolçusu adına 5 namizəd

İdman

19.11.2024 09:46

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. 

TodayPress xəbər verir ki, siyahıda 5 futbolçunun adı yer alıb. 

Simon Adinqra (Fil Dişi Sahili, “Brayton”), Seru Qirassi (Qvineya, “Borussiya” D), Əşrəf Hakimi (Mərakeş, PSJ), Ademola Lukman (Nigeriya, “Atalanta”) və Ronven Uilyams (CAR, “Mamelodi Sandauns”) baş mükafatı qazanmağa iddialıdırlar.

Afrikada ilin ən yaxşı futbolçusuna təqdim edilən “CAF Awards 2024”ün qalibi dekabrın 16-da Mərakeşdə keçiriləcək tədbirdə açıqlanacaq. 

Namiq HUN

tag: Afrika, Simon Adinqra, Brayton, Borussiya,CAF Awards 2024,todaypress.az,