Qara Qarayev yubilyarlar arasında
“Araz-Naxçıvan” klubunun futbolçusu Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçu olub.
TodayPress Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXXIII turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Sabah” (1:1) matçına təsadüf edib.
Premyer Liqada 2008/2009-cu illər mövsümündə debüt edən Qarayev 350 matçda 6 qol vurub.
33 yaşlı futbolçu ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da isə 20 görüşə çıxıb.
Namiq HUN
tag: Qara Qarayev,Futbolçu,Yubilyar,Uğur,Todaypress.az,