Qara Qarayev "Neftçi"dən ayrıldı

İdman

19.09.2024 17:06

“Neftçi” futbol klubu Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəhbərlik yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 2023-cü ilin iyulunda “Neftçi”yə transfer olunan Qarayev 28 oyunda 1 qol vurub.

Namiq HUN

tag: Neftçi ,Qara Qarayev,Müqavilə, Transfer, Yarımmüdafiəçi, todaypress.az,