Qara Qarayev “Araz-Naxçıvan”da - Rəsmi

İdman

30.10.2024 16:00

“Araz-Naxçıvan” futbol klubu Qara Qarayevin transferini açıqlayıb.

TodayPress xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qarayevlə rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2009-2023-cü illərdə “Qarabağ” klubunun, 2023/2024 mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. 

Qara Qarayev karyerası ərzində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.

Namiq HUN

tag: Araz-Naxçıvan, Qara Qarayev, Azərbaycan, Neftçi, Çempion, todaypress.az,