Qaqo Argentina nəhəngini çalışdıracaq

İdman

15.10.2024 13:53

“Real Madrid” klubunun sabiq yarımmüdafiəçisi Fernando Qaqo Argentina təmsilçisi "Boka Xuniors"un baş məşqçisi olub.

TodayPress xəbər verir ki, təyinatla bağlı klubun mətbuat xidməti məlumat yayıb.

Qaqo peşəkar futbolçu karyerasına məhz "Boka Xuniors" klubunda başlayıb.

38 yaşlı argentinalı məşqçi 2020-ci ildə futbolçu karyerasını başa vurub. 

Qeyd edək ki, Fernando Qaqo "Real"ın heyətində iki dəfə İspaniya çempionu olub. O, həmçinin “kral klubu” ilə İspaniya Kubokunu və Superkubokunu qazanıb. 

Namiq HUN

tag: Real Madrid ,Təyinat ,Boka Xuniors ,İspaniya, Kral Kulubu, todaypress.az,