Qapıçıya "Putin" ləqəbi verildi
Avstriyanın "Şturm" futbol klubunun rusiyalı qapıçısı Daniil Xudyakov "Putin" ləqəbini alıb.
TodayPress xəbər verir ki, bu barədə "Kleine Zeitung" nəşri məlumat yayıb.
Oyunçuya bu ləqəbi komandanın kitmanı Şimo Mariç verib. Bunun futbolçunun milli mənsubiyyəti ilə bağlı olduğu qeyd edilir.
"Bu ləqəb pis bir şey ifadə etmir" deyə oyunçulara etnik ləqəblər verməyi sevən komanda heyətinin rəhbəri Şimo Mariç bildirib.
Xudyakovun "Şturm"la müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
tag: Qapıçı ,Ləqəb ,Putin, futbolçu, todaypress.az,