Qalmaqallı Semedunu polis saxladı
İdman
30.12.2024 14:50
Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedu Lissabonda saxlanılıb.
TodayPress “Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hor” klubunun müdafiəçisi ailədaxili zorakılıqda şübhəli bilinərək tutulub.
Semedu sevgilisinə hücum edib. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Ruben Semedu 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, daha əvvəl 2018-ci ilin fevralında İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilib. 30 yaşlı futbolçu girov müqabilində həbsxanadan azadlığa buraxılıb.
Namiq HUN
tag: Portuqaliya,Milli,Ruben Semedu,Lissabon,Əl-Hor,Səudiyyə Ərəbistanı,todaypress.az,