Qalmaqallı Poqba La Liqada oynayacaq?

İdman

18.02.2025 10:10

1891

Fransız futbolçu Pol Poqba İspaniya nəhənginin maraq dairəsinə düşüb.   

TodayPress yerli “El Gol Digital” nəşrinə istinadən xəbər verir ki, uğurlu gedişatla yarımmüdafiəçi Madrid “Atletiko”sunda top qovmaq şansı qazana bilər. 

Poqbanın Antuan Qrizmannla dostluğu onun “hindular”a qoşulmasına kömək edə bilər. 

Qeyd edək ki, 31 yaşlı futbolçu dopinq qadağasının martda başa çatmasına baxmayaraq, artıq peşəkar komandalarla məşq etməyə icazə alıb.   

Namiq HUN

tag: Pol Poqba ,İspaniya,Antuan Qrizman,Futbol,Todaypress.az,