Qalmaqallı məşqçi “Şamaxı”dan kənarlaşdırıldı

İdman

08.05.2025 13:10

12

“Şamaxı” klubunun rəhbərliyi AFFA U-15 Liqasının oyunu zamanı “Metak” komandasının azyaşlı futbolçularını döyən məşqçi Vüqar Süleymanovu işindən müvəqqəti kənarlaşdırıb.   

TodayPress xəbər verir ki, AFFA İntizam Komitəsi qərar qəbul edib.   

Süleymanovun taleyinə Apellyasiya Arbitraj Tribunalına edilən şikayətə baxıldıqdan sonra aydınlıq gələcək.

Qurum müsbət qərar versə, o, işinə qayıdacaq.

Şikayət qəbul olunmasa, məşqçinin müqaviləsinə tam xitam veriləcək və o, komandadan uzaqlaşdırılacaq. 

Qeyd edək ki, İntizam Komitəsinin mövcud qərarına əsasən, Vüqar Süleymanov 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib.

Xatırladaq ki, aprelin 22-də keçirilmiş “Şamaxı” – “Metak” oyununun sonlarında kütləvi dava baş verib.

Bu zaman “Şamaxı” komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq “Metak”ın bir neçə azyaşlı futbolçusunu yumruqla vurub.   

Namiq HUN

tag: Şamaxı,Məşqçi,Qərar,Cəza,Todaypress.az,