Qallager "Atletiko" ilə müqavilə imzaladı

İdman

21.08.2024 15:00

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallagerin Madrid “Atletiko”suna keçidi rəsmiləşib. 

TodayPress xəbər verir ki, futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. 

24 yaşlı Konorun transferi üçün “Atletiko” İngiltərə klubuna 42 milyon avro ödəməli olub.

Qeyd edək ki, K. Qallager Premyer Liqanın 2023/2024 mövsümündə 37 oyuna çıxıb. O, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Çelsi, Atletiko, İngiltərə, Liqa, Konor, todaypress.az,