“Qalatasaray”ın sabiq oyunçusu karyerasını bitirdi
İdman
04.12.2024 15:55
Yaponiya millisinin sabiq üzvü Jyuniti İnamota karyerasını başa vurub.
TodayPress xəbər verir ki, son olaraq ölkəsində “Nankatsu” klubunda çıxış edən 45 yaşlı yarımmüdafiəçi futboldan ayrılmaq qərarını açıqlayıb.
O, komandasına fayda verə bilməyəcəyini hiss etdiyini və buna görə karyerasını bitirdiyini bildirib.
Qeyd edək ki, 2006-2007-ci illər mövsümündə “Qalatasaray” klubunda çıxış edən İnamota Avropada “Vest Bromviç”, “Kardiff”, “Ayntraxt Frankfurt” və “Renn” klublarında da top qovub.
Namiq HUN
tag: Qalatasaray, Nankatsu, Yaponiya,Milli, todaypress.az,