“Qalatasaray”ın hücumçusu İspaniyadan təklif aldı

İdman

09.04.2025 17:40

7

“Qalatasaray” klubunda icarə əsasında top qovan “Milan”ın ispaniyalı hücumçusu Alvaro Morata vətəninə qayıda bilər.   

TodayPress “Fichajes”ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “Xetafe” klubu maraqlıdır. 

Forvardın da İspaniyaya qayıtmaq istədiyi bildirilir. 

Qeyd edək ki, Alvaro Morata “Qalatasaray”ın heyətində meydana çıxdığı 8 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.   

Namiq HUN

tag: Qalatasaray,Futbol,Alvaro Morata,Transfer,Todaypress.az,