"Qalatasaray"ın futbolçusu zədə səbəbindən 3 həftə futboldan uzaq qalacaq

İdman

13.09.2024 02:11

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb.

31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində zədə aşkarlanıb.

Qeyd edək ki, "sarı-qırmızılar" Superliqanın 5-ci turunda sentyabrın 14-də “Çaykur Rizəspor”la qarşılaşacaq.

tag: Qalatasaray,Türkiyə, Futbol, Hakim Ziyeş,todaypress.az,