“Qalatasaray”ın futbolçusu "nəzarətə götürüldü"
İtaliyanın “Latsio” və “Napoli” klublarının nümayəndələri “Qalatasaray”ın ulduzu Barış Alper Yılmazın UEFA Avropa Liqasının pley-off mərhələsində “AZ Alkmaar”la oyununu izləyəcəklər.
TodayPress xəbər verir ki, İtaliya klublarından əlavə İngiltərənin “Everton”, “Aston Villa”, “Nyukasl Yunayted” və “Vest Hem” klubları da Barış Alperi transfer etmək istəyir.
Transfer dəyəri 30 milyon avro olan Barış Alper Yılmazın “Qalatasaray”la 2027-ci ilədək müqaviləsi var.
Qeyd edək ki, cinah hücumçusu cari mövsüm “Qalatasaray” forması ilə meydana çıxdığı 32 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: İdman,Futbol,Qalatasaray,Barış Alper Yılmaz,todaypress.az,