“Qalatasaray”da nə baş verir?
İstanbul təmsilçisinin argentinalı ulduz futbolçusu Mauro İkardi rəhbərliklə görüşdə komandadan ayrılmaq istədiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.
Futbolçu öz ölkəsinə qayıtmaq istəyir. İkardi ailəsinə yaxın olmaq üçün rəhbərlikdən transferə çıxarılmasını xahiş edib.
Hücumçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, zədələrdən əziyyət çəkən İkardi cari mövsüm “cim-bom”un heyətində 14 oyuna çıxıb. Mauronun aktivində 6 qol və 2 asist var.
Namiq HUN
tag: Qalatasaray,Mauro İkardi,Futbol,Türkiyə,todaypres.az,