Qalatasaray” Ziyeşin transferini rəsmiləşdirdi

İdman

28.06.2024 23:53

Mərakeşli yarımmüdafiəçi Hakim Ziyeş “Qalatasaray” klubunun tamhüquqlu futbolçusu olub.

TodayPress xəbər verir ki, bu barədə onun keçmiş klubu “Çelsi” məlumat yayıb.

Ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Ziyeşin müqaviləsində azad transfer maddəsi var idi. İstanbul təmsilçisi bu hüquqdan istifadə edərək futbolçu ilə 1+1 illik müqavilə imzalayıb. Hakimin illik maaşı 2,85 milyon avro olacaq.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi son mövsümdə “Qalatasaray”ın heyətində 23 oyunda 8 qol vurub və 4 ötürmə ilə yadda qalıb.

Namiq HUN

tag: Qalatasaray, Hakim Zireyş,"Çelsi",Yarımmüdafiəçi, todaypress.az,