"Qalatasaray" yarımmüdafiəçisini itirdi

İdman

30.01.2025 13:30

“Qalatasaray” futbol klubunun heyətində ciddi itki baş verib.

TodayPress xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Kerem Demirbay sıradan çıxıb.

Futbolçunun müalicəsinin 2-3 həftə çəkəcəyi bildirilib.

Qeyd edək ki, K.Demirbay cari mövsüm “sarı-qırmızılılar”ın heyətində 25 rəsmi matçda 3 qol ötürməsi edib. 

Namiq HUN

tag: Qalatasaray,Futbol,klub,İstanbul ,Kerem Demirbay ,todaypress.az,