"Qalatasaray" vinqerinin maaşını 7 qat artıracaq
Super Liqa təmsilçisi "Qalatasaray" Barış Alper Yılmaza yüksək maaş verərək onunla müqaviləni yeniləyəcək.
TodayPress "Fanatik"ə istinadla xəbər verir ki, Yılmazın illik 10 milyon lirə qazandığı müqaviləsində 7 qat artım olacaq.
Barış Alperin “Qalatasaray”la 2027-ci ilə qədər olan müqaviləsinin müddəti dəyişməyəcək.
Vinqerin maaşı 70 milyon lirəyə yüksəldiləcək.
Qeyd edək ki, Barış Alper Yılmaz cari mövsüm "Qalatasaray"ın heyətində 13 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Super Liqa, Qalatasaray, Barış Alper Yılmaz ,Müqavilə, todaypress.az,